Doctor of Medical Sciences, Professor

Dr. Yunis Yusubov

image

Congenital lip and palate gaps

Anadangəlmə sifət yarıqlarına həsr olunmuş II Ümumdünya konqresinin materiallarına əsasən    (Münhen, 2000) dünyada hər gün təqribən 700 uşaq bu patalogiya ilə anadan olur.Azərbaycanda hər 750  doğulan uşaqdan birində dodaq və damaq yarığı müşahidə edilir.1998-2008-ci illər ərzində  professor Yusubov tərəfindən 550 dodaq və damaq yarığı ilə olan uşaqlar əməliyyat olunmuşdur. Bu qüsurla doğulan uşaqların valideyinləri bu patalogiya haqqında hər tərəfli məlumat almadıqlarından, valideyinlər depresiyaya düşurlər, ata ana  arasında münaqişəyə səbəb olur, bu da ailənin dağılmasına gətirib çıxardır, bəzən valideyinlər uşaqdan imtina edirlər. Bu patalogiya ilə doğulmuş uşaqlarda qidalanma ilə əlaqədar  problemlər yaranır. İlk günlərdən bu uşaqlar pediatrın nəzarətində olmalıdır. Uşağa qidanın normal verilmə qaydası anaya başa salınmalıdır. Pediatırlar bu patalogiyanın mahiyyəti,müalicəsi,etaplı reablitasiya dövrü haqqında valideyinlərə ətraflı məlumat verməlidirlər. Düzgün məlumatlanmış valideyinlərdə üşağın gələcəkdə ailədə, cəmiyyətdə normal formalaşmağına inam yaradır. Damaq yarığı ilə doğulmuş uşaqlarda nitqin və qida qəbulunun pozulması qeyd edilir. Dodaq yarıqlarının növlərindən və  uşağın somatik vəziyyətindən asılı olaraq, bu uşaqları 2-3 aylığında əməliyyat etmək olar. Damaq yarığı ilə olan uşaqlarda cərrahi əmməliyyatı 8 aylıqdan 2 yaş arasında aparmaq məqsədə uyğundur. Göstərilən bu yaş dövrlərində damaqda  aparılan əməliyyatdan sonra nitq uşaqda normal formalaşır.